Gülnar Samilqızı - Düz vaxtlarına
Qışdan yol tutasan, güllü bahara,Varasan nərgizin, qız vaxtlarına.Sonra yüyürəsən üzü dağlara,Çatasan lalənin "köz" vaxtlarına.
Qatıb bir-birinə aranı, dağı,Təngiyə nəfəsin, şişə ayağın,Yetəsən, qaynayan "Nazlı bulağ"ın,Dişini göynədən, buz vaxtlarına.
Bu necə azadlıq?! - cəza qədəri,Bir ümüd çıxmır ki, yaza qədəri...Söküb, vaxt-vədəsiz qəza-qədəri,Qurasan hər şeyi, öz vaxtlarına
Gülnar, düz dünyada düzlər azalıb,Çoxları yükünü çiynindən salıb,Ayaq qablarını, əlinə alıb,Qaçasan dünyanın düz vaxtlarına
Gülnar Samilqızı
— TDKŞB, 9 avqust 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.