İradə Əlili - Azərbaycan
Tarix üzrə fəlsəfə doktoru, AYB üzvi, Prezident təqaüdçü, Peşəyönümlü Təhsilini inkişafına Yardım İctimai birliyinin həmtəsisçisi,pedaqoq, şair publisist, 30 kitab 1 monoqrafiya 50 dən çox elmi məqalə müəllifi
DÜNYA
Yaxşılıq zamanla yamana dönər
Düz düzlərdə qalar yalanlar dinər
Cahillər zamanının nəbzini bilər
Dünya elə düşdün gözümdən mənim
Etibar sədaqət keçmişlə qaldı
Dünya münafiqə dayaza qaldı
Doğrunun yerini yalanlar aldı
Dünya elə düşdün gözümdən mənim
Dünya özün boyda sən yük olmusan
Ruhu ölənlərə beşik olmusan
Təhəmmül etmədin tərki dünyasan
Düşmən etdin səbr dözümnən məni
Dünya, elə düşdün gözümdən mənim
- Əlavə edilib
- 04:14
- Oxunma
- 30
- Oxuma müddəti
- 1 dəq oxu
- Orijinal dil
- Azərbaycan dili


Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.