Şərifə Cəfəri - Damcı-damcı ürəyimə sızırsan
Damcı-damcı ürəyimə sızırsan,Bu şoranlıq çəmən olur, get-gedə,Kəpənəklər uçuşurlar içində,Dallarına bülbül qonur, get-gedə.
Hey ağlıma şeir gəlir, söz gəlir,Gələn sözlə alov gəlir, köz gəlir,Hər baxışın, hər gülüşün öz gəlir,Hər tərəfim səninlə dolur, get-gedə.
Əllərində bir duyğu var, nəfəs var,Yaşamaq var, həyəcan var, həvəs var,Necə deyim, inanılmaz bir hiss var,Həmin hissə ruh vurulur, get-gedə.
Nə olacaq belə halım bilmirəm,Haray çəkim, sakit qalım bilmirəm,Qadasını necə alım bilmirəm,Dil susduqca can qovrulur, get-gedə.
Şərifə Cəfəri
— TDKŞB, 4 avqust 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.