Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Şərifə Cəfəri -Gavazəng - zəncanın gözəl və uca dağı.
Şeirlər · Azərbaycan dili

Şərifə Cəfəri -Gavazəng - zəncanın gözəl və uca dağı.

Adını qəlbimə elə yazmışam،Özüm istəsəm də poza bilmirəm

O qədər əzizsən, o qədər əsilSəni başqa dildə yaza bilmirəm،

Dilim tək şirinsən, əlim tək uca،Bir telin vermərəm min taxta taca،Səsinlə yüksəlir ürək meraca،Bu yol həqiqətdir, aza bilmirəm،

Sən yanğın ruhuma savalan suyu،Təbrizin havası, Səhəndin xuyu,Urmiya dənizi, Qavazang boyu,Səni başqa elə yoza bilmirəm.

Hər ruha bir ilham, bir iman gərək,Hər cana bir nəfəs, bir canan gərək,Hər dərdə bir çarə, bir dərman gərək,Mən ruhsuz bədəni sezə bilmirəm.

Şərifə CəfəriGavazəng - zəncanın gözəl və uca dağı.

— TDKŞB, 3 avqust 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax