Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Şərifə Cəfəri - Mən eşqimin şeydasıyam
Şeirlər · Azərbaycan dili

Şərifə Cəfəri - Mən eşqimin şeydasıyam

Sən yarınla gəz, dolan, mən eşqimin şeydasıyam,Sən də yox qəmdən əsər, mən dərd-qəm dəryasıyam.

Gözlərin nəqşin çəkir səssiz, xəyalım göylərə,Eybi yox, yum gözlərini, öz tərhimin şeydasıyam.

Yox dilim bülbül kimi, eşqinlə fəryad eyləyəm,Amma eşqin dağların bir-bir gəzən ənqasıyam.

İstəyirdim dərdimi dost-aşnadan gizlədəm,Amma bilmirdim özüm dost-aşna rüsvasıyam.

Çox məlamətlər ediblər aşnalar eşqimə,Nəqşəsin qəlbim çəkir, mən biçara bənnasıyam.

Şərifə Cəfəri

— TDKŞB, 5 avqust 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax