Xuraman Muradova - Ana duası
Açan əlləri göyə, biçarə, nalan anadır,
Hər duası bəladan, canı qoruyan anadır.
Sözləri sanki şəfadır, qəmi qəlbindən silər,
O fəğan etsə mələklər, göylərdə rəhm dilər.
O pıçıldar gecələr, Rəbbinə yalvarmaq üçün,
Nuru-parlaq yolundan zülmətləri qovmaq üçün.
Ana qəlbindəki saf sevgi bəşərdən ucadır,
O dua etməsə dünya, bizə zindan, gecədir.
Bərəkətdir, hüzurdur, o müqəddəs nəfəsi,
Cənnətin rəmzi imiş, sanki ananın o səsi.
— TDKŞB, 18 may 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.