Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xəbərlər

Xuraman Muradova Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak edib

Xuraman Muradova Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak edib

Azərbaycan, Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradova Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak edib.

Səmimi ünsiyyət şəraitində keçən görüşdə tanınmış detektiv ustası Çingiz Abdullayev həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.

Muzeyin direktoru Əminə Məlikova dəyərli Xalq yazıçısına Ənənəvi texnologiya şöbəsində toxunan xalçanı xatirə hədiyyəsi kimi təqdim edib.

Əlavə edilib
03:00
Oxunma
29
Oxuma müddəti
1 dəq oxu
Orijinal dil
Azərbaycan dili

Mənbələr

Paylaş:FacebookXTelegramWhatsApp

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.