Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - BƏLKƏLƏRİN SÜKUTU…
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - BƏLKƏLƏRİN SÜKUTU…

Gecə yarısıdır, şəhər lal axır,Kölgən pəncərəmdə dayanıb baxır.Xatirə masama bir sükut axır,Şeirlər ruhumda tək qalıb, bəlkə.

Yorğun addımlarım illərin yükü,Hər köçən fəsildə itirdik ilki.O uca sevgidən ucalan mülkü,Zaman öz əliylə yox edib, bəlkə.

Uzaqdan qəribə bir nəğmə dinər,Səsi ürəyimə sızıltı sərər.Sinəmdə odlanan bu gizli qəhər,Sənin yoxluğundan rəng alıb,bəlkə.

Sındı sığınacaq, o liman itdi,Bərk rüzgarlar əsdi, sükut da getdi.O məğrur günlər də yuxutək bitdi,Ömrün baharına qar yağıb, bəlkə.

Güzgüdə gördüyüm o solğun baxış,Taleyin yazdığı qəribə naxış.Bir gediş başladı, bir leysan yağış…Sükutla hər şeyi bitirdim, bəlkə.

###XuramanMuradova #Xuraman Muradova #Şair ##

— TDKŞB, 29 iyun 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax