Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Bu gecə qarşıma çıxan çiçək
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Bu gecə qarşıma çıxan çiçək

Bu gecə yoluma çıxdın —

qəribə bir sükutla.

Nə bahar gətirdi səni,

nə də külək umudla…

Bir sakit nəfəs kimi

Sən toxundun ruhuma

Tanımasam də səni

Doğma gəldin ruhuma.

Yaşıllıqdan gəlmisən,

bəlkə dağ ətəyindən,

Bir az torpaq qoxulu,

bir az da incəsən sən…

Gözümə baxdın sanki —

“Mənə verdin bir nəfəs.”

Bu gecə nə yuxum var,

nə yatmağa bir həvəs...

Uzaq yollardan gəlib şəhərdəmi bitmisən...

Yoxsa mənsiz darıxıb

Harayıma yetmisən...

Əlimə aldım səni — yanan qəlbim oyandı...

Ləçəklərin titrədi, içimdə sevdam yandı.

Bilmirəm adın nədir —

Çiçək,xatirə,sirrmi?

Səni mənə yetirən

bəxtimmi taleyimmi?

Bəlkə sabah solarsan,

bəlkə ömrün bir qarış…

Bu gecə qonağım ol,

Təkcə ruhumla danış....

— TDKŞB, 11 oktyabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax