Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Dünya bir kölgədir...
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Dünya bir kölgədir...

İnsan övladı, söylə nə gedəcək dünyadan?

Nə çox yapışmısan sən, evdən, mülkdən, bu maldan.

Unutma — bil ki, sənə verilən hər nə varsa,

Bir-bir geri alacaq dövran, zaman, Yaradan.

Qəlbini çox yorma gəl, ötəri arzularla,

Düşmə ad-san dalınca, düşmə boş xəyallara.

Qalsın gözəl xeyir iş, təmiz, saf niyyət səndən,

Quran buyurur, budur, sorulur hər gedəndən.

Aparılmaz var-dövlət, nə də ki, heç şan-şöhrət,

Sənlə gedər əməlin, bir də olar saf niyyət,

Bu dünya bir kölgədir, bir də bir anlıq sınaq,

Uymayaq nəfsimizə — aldatmasın bu həyat.

Ya Rəbbim tək buraxma bizi, Sənsiz, bircə an,

Qoru bizi şübhədən, qoru nəfs, gümandan.

Son nəfəsdə imanla çağıra bilək Səni,

Ruhumuz da nur tapsın Sənin O dərgahından.

— TDKŞB, 28 dekabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax