Xuraman Muradova - GEC QALDIQ
Sən gözlədin mən yazım, mən də səni gözlədim,Yazılmayan məktublara… heyif, gec qaldıq.
Susmuş iki sevdalı, qürur çəkdi araya,Deyilməyən o sözlərə… heyif, gec qaldıq.
Vaxt səssiz ötüb keçdi, soldu ömrün baharı,Qayıtmayan o illərə… heyif, gec qaldıq.
Qismət deyilmiş, demək, o sevdanı yaşamaq,Qürur qalib, sevgi məğlub… heyif, gec qaldıq.
Bu son ümid yerimiz, bu da son dayanacaq,Getdi ömrün qatarı… heyif, gec qaldıq.
Xuraman, yazılmayan o məktub qaldı arada,Yaşanmamış sevgimizə… heyif, biz gec qaldıq.
— TDKŞB, 20 iyul 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.