Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - O BAMBAŞQAYDI…
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - O BAMBAŞQAYDI…

Min sınaqdan keçərsən, yollar səni yoracaq,Gəlib-gedən simalar iz qoymadan solacaq.Bir gün qəfil kövrəlib, gözün yaşla dolacaq,“O bambaşqaydı…” deyib, ruhun da sızlayacaq.

Mən zamanın qoynunda həzin titrək xatirə,Düşəcəyəm yadına, dönəcəyəm o yerə.“Fərqliydi…” deyəcəksən, bənzəməzdi heç kimə,Bir sükutun içində görüşərik biz yenə.

Ötüb keçdi o illər, geri dönməz o yollar,Mənli xatirələri pıçıldayar son bahar.Sənə yadigar etdim qəlbimdəki izləri,“Fərqliydi…” söyləyərsən, zamansa dönməz geri.

— TDKŞB, 10 iyul 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax