Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Özbəkistanım mənim
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Özbəkistanım mənim

Özbəkistanım mənim, Sən də Ana vətənim!

Hər daşında, divarında

Qədimliyin nişanəsi.

Bəzədilmiş sarayında

Var Quranımın nəfəsi.

Səməqəndim, Daşkəndim,

Sən də mənim Vətənim!

Əmir Teymurun hər izi,

Tarixinə bir yaraşıq.

Yanır ulduzların kimi

Hər tərəfində gur işıq.

Buxaram, Xarezmim mənim,

Sən də mənim Vətənim!

Türkümün ərən nişanı,

Hər məbədin ocağıdır.

İbadət, ibrət sarayın,

Haqq ədalət bucağıdır,

Andican, Kokandım mənim,

Sən də mənim Vətənim!

Qanla yuyan dərdimizi,

Bir ağlayıb, bir bölmüşük.

Bir ananın övladı tək,

Bir qucaqda böyümüşük.

Namangan, Ferganam mənim,

Sən də mənim Vətənim!

Azərbaycanım yazıbdı,

Şanlı zəfər tarixini.

Sənlə yayacaq dünyaya

Turan adlı haqq səsini.

Qaraqalpaq, Kaşka dəryam,

Məni hər an duyan kəsim,

Sən də mənim Vətənim!

Yaransın Turan elləri,

Səndə ey gözəl məkanım.

Minarələrdən ucalsın

Ərşə mübarək Azanın!

Dualarla salamlayır

Səni qızın Xuramanın

Surxandəryam, Səmərqəndim,

Sən də mənim Vətənim!

Siz də mənim Vətənim!

— TDKŞB, 2 sentyabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax