Xuraman Muradova - Ötəri nağıl
Biz görüşdük, amma təsadüfən, gec,Heyf ki, geriyə dönmür o çağlar.Nə qədər kədərli olsa da, heç vaxtDost da ola bilməz biztək insanlar.
Görüşdü ruhumuz hər kəsdən uzaq,Sevgi sorağında, sevgiyə möhtac.Xoşbəxtlik sadəcə arzuya döndü,Əlimizdən gələn bu idi ancaq.
Bir pərdə çəkildi, nağıla döndü,Açılmadı heç vaxt sirli qəlbimiz.Əlçatmaz arzutək yaşandı, söndü,İllər sonra gələn o saf sevgimiz.
Daha xəyal kimi, hər şey uzaqda,Keçmişin qapısı bağlandı birdən.Yalnız xatirəmdə yaşayacaqsan:O sevgi, o duyğu, o həsrətli, sən…
— TDKŞB, 21 iyul 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.