Xuraman Muradova - QARTAL YARALANARSA
QARTAL YARALANARSA
Xuraman Muradova
Sərçə göydə olar sərdar,Qarğa mülkə olar muxtar — qartal yaralanarsa.Qorxanlar olar aşkar,Onu sərçə sanar şikar — qartal yaralanarsa.Çaqqal düzdə qurar bazar,Tülkü meşədə hökmdar — qartal yaralanarsa.Göy üzünə çökər qubar,Çəmənlərdə solar bahar — qartal yaralanarsa.Uca zirvələr qan ağlar,Dağlar edər min ahü-zar — qartal yaralanarsa.Xuraman, ruhunda od var,Ürək də, qəlb də sızıldar — qartal yaralanarsa.Qartal yaralanarsa
— TDKŞB, 18 avqust 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.