Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Səmərqəndin ulduzları
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Səmərqəndin ulduzları

Səmərqəndin ulduzları

Keçmişindən bu gününə

Dağlar qurub dağ vüqarın. Əmir

Teymur hikmətindən

Tarix yazıb hər diyarın.

Böyük ipək yollarına

Qol açıb Sır-Dərya vadin.

Muqocari dağlarından

Avropaya keçib adın.

Bu möhtəşəm duruşunu

Nəhəng ulduzlar bəzəyir.

Tarixinə adın yazan

Hər igidin varam, deyir.

Hər daşında tarix izin,

Boylanıb göylərə sarı.

Turana bir yol salıbdı

Səmərqəndin ulduzları.

Sanki göylərdən ələnib, Sinəsində işıqları.

Gözlərindən rəng alıbdı,

Bəzənibdi ulduzları.

Hər daşında, divarında Gözəlliyi gözlər çəkir.

Bir rəssamın fırçasında,

İlahi, gör nələr çəkir...

Gecəsinə yaraşıqdı,

Mavi gözlü minarələr.

Sübh şəfəqin gözəlliyi

Gündüzünə nur dənələr.

Ayın hilal baxışında,

Nazlanır hey küçələrin.

Sözün sehrinə dalıbdı,

Səni sevən şairlərin.

Turan adlı sevdanız var,

Qəlbə fərəh, könül varı.

Xuramana bir dünyasız

Səmərqəndin ulduzları.

— TDKŞB, 2 sentyabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax