Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Tale təzadları
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Tale təzadları

Kimi zindanlarda diləyi məhbus,Kimi ac-yalavac, tikəyə möhtac.Kimsə azadlıqda, ürəyi məhbus.Kimsə var-dövlətdə, ruhu isə ac.

Kimi zirvələrdə, təkliyi dadar,Kimi dar daxmada, dünyanı qucar.Bəzən bir gülüşün içində kədər,Bəzən göz yaşından səadət doğar.

Dünya bir güzgüdür, hər kəs bir rəngdə,Məna nə tacdadır, nə qızıl camda.Bəxtimiz döyüşür neçə ahəngdəƏsl azadlıqdır saflıq insanda.

— TDKŞB, 9 sentyabr 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax