Xuraman Muradova - Türk ruhu
TÜRK RUHUXuraman Muradova
Biz ki Altaydan doğan bir nuri-cahan olmuşuq,Eyni kökdən, eyni qandan əhdi-peyman olmuşuq.Biz əzəldən var olan bir nəsli-izzət olmuşuq,Kök salıb tarixə biz, bir şanlı dövlət olmuşuq.
Sarsılmaz təməllərlə həm soyumuz, həm kökümüz,Aləmin hər dövründə hər dəm əzəl-var olmuşuq.Qorxu bilməz bir cəsarət, bir şücaət olmuşuq,Biz yenilməz bir qüvvəylə sarsılmaz can olmuşuq.
Zərbəmizdən titrəyib yer, hökmü-fərman olmuşuq,Göy üzündə parlayan bir uca ünvan olmuşuq.Haqqı yaydıq biz cahanda, nuri-rəhmət saçmışıq,Zülmə qarşı bir səddik, məzluma imkan olmuşuq.
Biz ədalət bayrağın yüksəltmişik hər bir yerdə,Kimsəsizin qəlbinə hər dəm pənah-can olmuşuq.Səsləyir Turan bizi, hər bir nəfəsdə min nida,Ruhu-vəhdət tək gəzib biz, tək bir ünvan olmuşuq.
Türkiyə, həm Azərbaycan — bir amaldır, bir vücud,Biz bu vəhdət nuru ilə fəxri-dövran olmuşuq.Vermişik min-min şəhid, torpağı gülşən eylədik,Qan töküb hər bir qarışda canla qurban olmuşuq.
Mərdü-meydandır bu millət, qeyrəti-vicdanı var,Saf səmimiyyət yolunda sanki bir can olmuşuq.Hikmətində mülki-namus hər zaman bir nur alar,Pak olan şərəf ilə biz fəxri-nişan olmuşuq.
Biz ki eşqi-Xaliq ilə hər dəm olduq birlikdə,Səcdədə alnı açıq, həm əhli-iman olmuşuq.Al qanıyla bayrağa həm şölə, həm nəfəs verib,Dönməyib eşqindən əsla, vətənə qurban olmuşuq.
Zatımız ali-nəcabət, şanlı tarix şahiddir,Biz cahan mülkündə hər dəm fəxri-insan olmuşuq.Yaz, Xuraman, yaz, Türkün uca ruhu bitməz, ölməz,Haqq yolunda birləşib, sarsılmaz insan olmuşuq.
— TDKŞB, 3 sentyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.