Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Yaşamaq bir nəfəsdir
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Yaşamaq bir nəfəsdir

“Həyat — Allah ilə insan arasında uzanan görünməz bir nəfəsdir.

Kim bu nəfəsi dua ilə qoruyarsa, əbədi yaşayacaq.”

Yaşamaq bir nəfəsdir,

Tanrı ilə aranda.

Həyatsa bir işıqdır,

Zülmət qaranlığında.

Yaşamaq bir imtahan,

Gizli ümid içində.

Həyatsa dolu inam

Xəyalların köçündə...

Həyat yeni bir nəfəs,

Sönməz qaranlıqlarda.

Yaşamaq bir səfərdir,

Ümid adlı yollarda.

Ömrümüz bir nəfəsdi,

Sükut dolu gecələr.

Qəlbimizdə inam var,

Dualar bizi səslər.

Tanrım, hər nəfəsimdə,

Bir işıq var içimdə.

Qorxuyla dolu anda,

Tək Sən varsan, içimdə,

Yaşamaq — Sənin adın,

Hər səhərin nurudur.

Səssiz dualar kimi,

Ruhun Sənlə doludur.

Yaşamaq Allahıma

Uzanan əllərimdi…

Bu fani dünyadakı

Xeyir əməllərimdi,

Xeyir əməllərimdi.

— TDKŞB, 13 oktyabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax