Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Yoxluqda Səbir — Varlıqda Əxlaq
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Yoxluqda Səbir — Varlıqda Əxlaq

Heç nəyin də yox ikən — səbrindən uzaq olma sən,

Hər şeyin də var ikən — gəl, qoru əxlaqını sən.

Yoxluq sınağa çəkər, varlıq təkəbbür gətirər,

Hər ikisi imtahan,sonunda Haqqa götürər.

Səbir — susaraq deyil, inanıb gözləməkdir,

Tikanların içində gülü görmək deməkdir.

Səbir — iman işıqlı çətinlikdən keçməkdir,

Pıçıltıyla dərdini Allaha söyləməkdir.

Əxlaq — heç görünməyən, abrın ziynət libası,

Gözəllik üzlə deyil, həyanın nur mirası.

Əxlaq — hər bir halıyla doğru yolu getməkdir,

Ruhun səsini duyub Yaradana yetməkdir…

— TDKŞB, 15 oktyabr 2025

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax