Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xəbərlər

Xuraman Muradovadan Qurban Bayramı Təbriki

Xuraman Muradovadan Qurban Bayramı Təbriki

Əziz həmvətənlər, dəyərli oxucular və Türk dünyasının kıymətli insanları!

Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, ailələrinizə sevinc, ruzi-bərəkət, sağlamlıq və mənəvi rahatlıq arzulayıram.

Qurban bayramı insanlığı mərhəmətə, paylaşmağa, birliyə və Allaha bağlılığa səsləyən müqəddəs bayramdır. Bu əziz günlərdə dualarımızın qəbul olunmasını, süfrələrimizin bərəkətli, qəlblərimizin isə sevgi ilə dolu olmasını diləyirəm.

Allah xalqımızı, dövlətimizi və bütün Türk dünyasını daim qorusun. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə can sağlığı versin. Uca Yaradan hər ocağa sevinc, hər könülə ümid bəxş etsin.

Qoy bu mübarək bayram insanlar arasında sevgi körpülərini daha da möhkəmləndirsin, birlik və həmrəylik ruhunu yüksəltsin.

Bir daha hər birinizi müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Hörmətlə,

*Xuraman Muradova*

Əlavə edilib
04:00
Oxunma
28
Oxuma müddəti
1 dəq oxu
Orijinal dil
Azərbaycan dili

Mənbələr

Paylaş:FacebookXTelegramWhatsApp

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.