Nəcibə İlkin - ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM! 06 Avqust 2026, 12:48
ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM!
Bu zəfəri bizə bəxş edən şəhidlərimizi
böyük ehtiramla yad edib,
ruhları qarşıdında baş əyirəm.
Qazilərimizə can sağlığı arzu edirəm.
Gözün aydın olsun Azərbaycanım,
Mübarək bu əzmin, azad nəfəsin!
Şanlı Ordumuzun rəşadətiylə,
Yayıldı dünyaya qələbə səsin!
Oğullar doğuldu, böyüdü ər tək,
Silaha sarılıb, vətən dedilər.
Doğma torpağını azad etməyə,
Hər biri ən əziz vətən idilər.
Neçə il işğalda olan Qarabağ,
Bu gün azadlığın nəfəsin duydu.
İgid oğullarım, mərd oğullarım,
Yeni bir tarixin təməlin qoydu.
Qarabağ adının azadlığını,
Yazdılar vətənin zəfər adına.
İgidlik rəmzini bir əsgər kimi,
Bəzədi qəhrəman türk soyadına.
Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam,
Aldı sinəsinə al bayrağını.
Kəlbəcər, Laçınım, Qubadlı, Şuşam,
Sildi gözümüzdən həsrət dağını.
Qələbə qazandı Azərbaycanım,
Bu zəfər tarixin silinməz yaşı.
Sevindi dünyanın hər bir yerində
Vətənin can deyən qərib soydaşı.
Gözün aydın olsun Azərbaycanım,
Qaliblər içində qalib olmuşuq.
Vətən səmasında azad göyərçin,
Vətən torpağında səngər qurmuşuq.
Biz "Odlar Yurdu"yuq, alovlu, odlu,
Türk oğlu, türk kimi bir cəngavərik..
Parça-parça olub paralansaq da,
Yenə bütövləşib, meydanda nərik.
Budur qələbəmiz, bayrağımız tək,
Xankəndində qürurla dalğalanır.
Dəmir yumruq olan vətən sevgimiz
Xocalı qisaslı öz haqqın anır.
Susdurdu düşməni igid, ərənlər,
Dil açıb hər yerdə qürur, əzmimiz.
Haqqın sədasında ucalsın hər an,
Oxunsun hər yanda vətən himnimiz.
Biz Turan elliyik, türk oğlu türkük,
Əl-ələ vermişik vətən göyündə.
Qoy bilsin hər bir kəs qələbəmizlə
Turan yaradırıq vətən deyəndə.
Azad yaşayacaq gələcək nəsil,
Bu zəfər hər kəsə doğma ocaqdı.
Qələbə qazanan Azərbaycanım,
Həqiqət yolunda dayanacaqdı!
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - Hüzuru tapmışam
07 Sentyabr 2026, 15:46 -
Sündüs Arslan Akça - SORGU
07 Sentyabr 2026, 12:34 -
Leyla Mətin - Unutmaq...
07 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - YARALANAR
06 Sentyabr 2026, 09:21 -
Aysel Nəsirzadə - Elə intəhasız darıxıram ki...
06 Sentyabr 2026, 09:14 -
Xuraman Muradova - Yolçu
06 Sentyabr 2026, 09:02 -
Gülzar Abla Bayatlı - Bir damlacık acı
06 Sentyabr 2026, 08:57 -
Sündüs Arslan Akça - Beterin Beteri
06 Sentyabr 2026, 08:53 -
Xuraman Muradova - Gözəlliyin nuru imandır
04 Sentyabr 2026, 07:11 -
Xuraman Muradova - Yaxşı İnsanlar
04 Sentyabr 2026, 07:06

