XURAMAN MURADOVA - İNANMA — EHTİYAT EYLƏ 02 Sentyabr 2026, 07:37
İNANMA — EHTİYAT EYLƏ
XURAMAN MURADOVA
Hər an gələcək dərdə, fəlakətə hazır ol!
Səbr eylə, hesab eylə, dünyanı ağılla zənn et!
Dövrün sənə verdiyi hər vədə inanma heç,
Sakit gecənin arxasını fırtına zənn et!
Mərd bildiyin insan da bəzən edər azğınlıq,
Qəlb dəftərini açsan, görsən nə qərəzlər var!
Məsum görünən çöhrə altında gizənmiş kin,
Ən saf ruhu kölgəylə bürür qəfləti əğyar!
Nankorluq edər bəndə, ehsanı unutmaqda,
Tamah gözünü örtər, nəfs üstün olar əqlə.
Qəlbində mülayimlik ola gərək insanda,
Məkrlə həqarət də doğular qara fikir-əqlə.
Dünya evinin hökmü təbiətdə xəyanətdir,
Aldanma güvən hissə, ehtiyat et, ayıq dolan!
Ən parlaq olan aynada bir gün ləkə görərsən,
Hər sirrə təəccüb etmə, budur eyni həqiqət olan!
Xuraman deyər: hər gülən üzə sirrini açma,
Dost bildiyin hər kəsi özünə həmdəm sanma.
Mərhəmətli ol, fəqət, qəlbən hər kəsə bağlanma,
Zahirə aldanıb hər deyilən vədə inanma!
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - Hüzuru tapmışam
07 Sentyabr 2026, 15:46 -
Sündüs Arslan Akça - SORGU
07 Sentyabr 2026, 12:34 -
Leyla Mətin - Unutmaq...
07 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - YARALANAR
06 Sentyabr 2026, 09:21 -
Aysel Nəsirzadə - Elə intəhasız darıxıram ki...
06 Sentyabr 2026, 09:14 -
Xuraman Muradova - Yolçu
06 Sentyabr 2026, 09:02 -
Gülzar Abla Bayatlı - Bir damlacık acı
06 Sentyabr 2026, 08:57 -
Sündüs Arslan Akça - Beterin Beteri
06 Sentyabr 2026, 08:53 -
Xuraman Muradova - Gözəlliyin nuru imandır
04 Sentyabr 2026, 07:11 -
Xuraman Muradova - Yaxşı İnsanlar
04 Sentyabr 2026, 07:06

