Şərifə Cəfəri 04 Avqust 2026, 12:46
Damcı-damcı ürəyimə sızırsan,
Bu şoranlıq çəmən olur, get-gedə,
Kəpənəklər uçuşurlar içində,
Dallarına bülbül qonur, get-gedə.
Hey ağlıma şeir gəlir, söz gəlir,
Gələn sözlə alov gəlir, köz gəlir,
Hər baxışın, hər gülüşün öz gəlir,
Hər tərəfim səninlə dolur, get-gedə.
Əllərində bir duyğu var, nəfəs var,
Yaşamaq var, həyəcan var, həvəs var,
Necə deyim, inanılmaz bir hiss var,
Həmin hissə ruh vurulur, get-gedə.
Nə olacaq belə halım bilmirəm,
Haray çəkim, sakit qalım bilmirəm,
Qadasını necə alım bilmirəm,
Dil susduqca can qovrulur, get-gedə.
Şərifə Cəfəri
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - Hüzuru tapmışam
07 Sentyabr 2026, 15:46 -
Sündüs Arslan Akça - SORGU
07 Sentyabr 2026, 12:34 -
Leyla Mətin - Unutmaq...
07 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - YARALANAR
06 Sentyabr 2026, 09:21 -
Aysel Nəsirzadə - Elə intəhasız darıxıram ki...
06 Sentyabr 2026, 09:14 -
Xuraman Muradova - Yolçu
06 Sentyabr 2026, 09:02 -
Gülzar Abla Bayatlı - Bir damlacık acı
06 Sentyabr 2026, 08:57 -
Sündüs Arslan Akça - Beterin Beteri
06 Sentyabr 2026, 08:53 -
Xuraman Muradova - Gözəlliyin nuru imandır
04 Sentyabr 2026, 07:11 -
Xuraman Muradova - Yaxşı İnsanlar
04 Sentyabr 2026, 07:06

